Hüquqşunas tələb olunur

Şəhər

Bakı

Fəaliyyət sahəsi

Hüquqşünaslıq

İxtisas

Hüquqşunas

İş qrafiki

Sərbəst

İş təcrübəsi

1 ildən 3 ilə qədər

Təhsil

Ali

İş yerinin ünvanı

Lökbatan qəs.

Vəzifə öhdəlikləri: Hüquqi məsələlərlə əlaqədar Cəmiyyətə və ya şöbəyə daxil olan məktublara cavab yazmaq və onların təyinatı üzrə göndərilməsini təmin etmək; Qərarların, əmrlərin, sərəncamların, sazişlərin və hüquqi xarakterli digər normativ sənədlərin qüvvədə olan qanunvericiliyə uyğunluğunu qabaqcadan yoxlamaq, zəruri hallarda isə həmin sənədləri hazırlamaq; Normativ hüquqi aktların müddəaları və Cəmiyyətin fəaliyyətində qarşıya çıxan ziddiyyətli hüquqi məsələlər barədə yazılı şərh vermək; Bütün növ daxili sənədlərin tərtib olunmasında iştirak etmək; Müqavilələri və müqavilə əlavələrini hazırlamaq, onlar barədə hüquqi rəy vermək, qanunvericiliyə uyğunluğunu yoxlamaq; Müqavilələrin reyestrinin aparılmasını həyata keçirmək; Müvafiq dövlət orqanlarına, təşkilatlara, idarələrə sorğuları hazırlamaq, göndərmək və cavablarını əldə etmək; Bilavasitə rəhbəri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək Tələblər: Ali hüquq təhsili; Hüquq sahəsində minimum 1-3 il iş təcrübəsi; Müqavilələr hüququ sahəsində təcrübə; Analitik düşünmə və təhlil qabiliyyəti; MS Office proqramlarını (xüsusilə Word, Excel, PowerPoint) yaxşı səviyyədə bilmək; Azərbaycan dilində sərbəst, İngilis dilini orta səviyyədə bilmək.

47481305

Baxış sayı: 2

500

Nəbi

Nəbi